Gallery
Gallery

Şərtlər

  • Русский
  • English

Çatdırılma

Çiçəklərin çatdırılması bütün Bakı üzrə həyata keçirilir!

Çatdırılma üçün sifarişin minimal məbləği – 50 AZN.

Məbləği 50 AZN az olan sifarişlər üçün “Məhsullar” fəslində – “Pullu çatdırılma” bölməsini seçin.

Sifarişləri hər gün saat 10:00-dan 20:00 kimi qəbul edirik.

Əgər sifariş iş saatlarında (10:00-dan 20:00-a qədər) edilibsə, 1-2 saat ərzində bizim menecerimiz telefon və ya elektron poçt vasitəsi ilə sifarişin təsdiqlənməsi və Sizin üçün çatdırılmanın rahatlığının dəqiqləşdirilməsi üçün əlaqə saxlayacaqdır.

Bizim çatdırılma xidməti bayram və istirahət günləri olmadan çalışır.

Bayram günləri (Yeni İl, 14 fevral sevgililər günü, 8 Mart) ərəfəsində sifariş həcmlərinin artması ilə əlaqədar Sizdən xahiş edirik ki, sifarişlərinizi əvvəlcədən yerləşdirəsiniz, bu zaman biz Sizə vaxtında çatdırılmaya zəmanət verə bilərik.

Ödəniş üsulları

Bakı sakinləri üçün bizim internet-mağazadan sifarişləri ünvana çatdırılma ilə kuryerə nağd ödəmə və kredit kartı ilə ödəmə üsulları mövcuddur. Eləcə də Siz Bakixanov 48C  küçəsi ünvanında “Gallery” mağazasına bilavasitə gəlməklə çiçək seçə, çiçəklərin çatdırılması xidmətini rəsmiləşdirə və çiçəklərin sifarişini ödəyə bilərsiniz.

Digər şəhərlərin sakinləri Bakı şəhəri üzrə çiçəklərin çatdırılmasını bilavasitə Visa Card və Master Card kredit kartları ilə, eləcə də pul köçürmələri («Western Union», «Zolotaya Korona») vasitəsi ilə ödəyə bilərlər.

Xahiş edirik ki, sifarişlərin edilməsi və ödənişin aparılmasını sifariş yerinə yetirilməsinə azı bir gün qalmış həyata keçirəsiniz. Sizin sifarişiniz zəmanətli və vaxtında yerinə yetiriləcəkdir.

Əgər Sizdə hər hansı bir sual yaranarsa, çəkinməyin, bizimlə office@realgroup.az e-mail ünvanı, (+99412) 5109995/94, (+994 12) 530 89 50, (+994 77) 603 22 00  telefon nömrələri vasitəsi ilə əlaqə saxlayın.

Keyfiyyət zəmanəti

«Gallery» mağazası təklif edilən çiçək kompozisiyalarının gözəllik və üslub harmoniyasına zəmanət verir. Biz zəmanət veririk ki, çiçək kompozisiyasının bütün canlı komponentləri təzə-tərdir. Sifarişinizin yerinə yetirilməsi keyfiyyəti Sizi qane etməzsə, çatdırılma anından etibarən 24 saat ərzində Sizə rahat olan üsulardan biri ilə bizimlə əlaqə saxlayın:

  • Bizə yazın: office@realgroup.az;
  • Bizə zəng edin:(+99412) 5109995/94, (+994 12) 530 89 50, (+994 77) 603 22 00— 9:00-dan 18:00 qədər (şənbə və bazar günlərindən başqa).

Əvəzləmə

Nadir olan hallarda biz ümumi görünüşün və çiçək kompozisiyası qiymətinin qorunub saxlanması şərti ilə çiçək və qablaşdırma materiallarının ekvivalent əvəzlənməsini aparmaq məcburiyyətində qalırıq. Bəzi çiçəklər mövsümə uyğun olan çiçəklərdir və hazırkı anda əlçatan olmaya bilərlər. İstənilən halda buketin əhəmiyyətli tərkibin hər bir əvəzləməsi mütləq olaraq sifarişçi ilə razılaşdırmadan keçirilir. Əgər biz hər hansı bir səbəblə əlaqədar olaraq sizinlə əlaqə yarada bilmiriksə (telefon cavab vermir, e-mailə cavab yoxdur), sifarişin vaxtında yerinə yetirilməsi məqsədi ilə öz mülahizəmizə müvafiq olaraq əvəzləmənin aparılmasına görə məsuliyyəti öz üzərimizə götürürük, bu zaman çiçəklərin görünüşü onların rənglərinə münasibətdə üstünlüyə malik olacaq (yəni biz ağ qızılgülü ağ payızgülü ilə deyil, qırmızı qızılgül ilə əvəzləyəcəyik).

Məxfilik zəmanəti

Biz zəmanət veririk ki, Sizin tərəfinizdən sifarişinizin yerinə yetirilməsi üçün təqdim etdiyiniz bütün məlumatlar məxfidir və üçüncü şəxslərə ötürülə bilməz. Əgər Siz alana hər hansı bir əlavə məlumatı ötürmək istəyiniz varsa, bunun üçün çiçəklərə əlavə edilən təbriknamədə göstərmək imkanınız var. Sifarişin rəsmiləşdirilməsi zamanı göstərilən məlumatlardan heç biri alana təqdim edilmir.

Çiçəklərin beynəlxalq çatdırılması

«Gallery» mağazası 2001-ci ildən çiçəklərin çatdırılması üzrə “İnterflora” beynəlxalq şəbəkəsinin üzvüdür. “İnterflora” şəbəkəsi Avropada çiçəklərin sifarişi üzrə dünya lideri və ən məşhur servisdir. Buraya dünyanın 150-dən çox ölkəsindən olan, ciddi-cəhdlə seçilmiş 58.000 çiçək mağazası daxildir. Bakı sakinləri  Bakixanov 48C  ünvanında yerləşən “Gallery” mağazasına gəlməklə dünyanın istənilən guşəsinə çiçək çatdırılmasını sifariş edə bilərlər. Yaxınlarınızı təəccübləndirmək və onlara “İnterflora”dan unudulmaz buket hədiyyə etməklə sevindirmək üçün məsafə maneə deyil!